Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Yevlaxda kişi 4 yaşlı ögey oğlunu döyərək işgəncə verib

Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb.

Boyukmillet.com-un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib.

Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan “Report”a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, uşaq hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalardan sonra yekun məlumat ictimaiyyətə təqdim ediləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə “Report”a deyib ki, fakt öz təsdiqini tapacağı təqdirdə hadisəyə hüquqi qiymət veriləcək:

“İstənilən halda zorakılıq yolverilməzdir və zorakılığı törədən şəxslər məsuliyyət daşıyırlar. Fakt öz təsdiqini taparsa, azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbir görüləcək”.

Check Also

Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, hadisə Türkan qəsəbəsində …