Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Yüksək Texnologiyalar Parkı”: “TEKNOFEST”də məhsullarımıza maraq böyükdür”

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirdiyi məhsullara maraq böyükdür”.

“Burada YTP-nin ərazisində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “Inkor”, “Proline Chemicals” və “Troniq” MMC-lər məhsullarını nümayiş etdirirlər. Məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları, xüsusi qatqılar, gübrələr, dərman preparatları yer alıb. Sevindirici haldır ki, bu innovativ məhsullarmıza olduqca böyük maraq göstərilir. Onlar analoqlarından bir çox xüsusiyyətlərinə görə irəlidədir, rəqabətqabiliyyətli olmaları ilə seçilir”, – deyə o qeyd edib.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …