Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb

Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Sənədə əsasən, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …