Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət edilib, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, Dövlət himni ifa olunub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Azərbaycan Bayrağı ilə şəhər küçələrində yürüş edib, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında tədbirlər zamanı ətraflı söhbətlər aparılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …