Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Zəfərin mübarək Azərbaycan!

Vətənim, başı bəlalı, gözü yaşlı vətənim. Artıq bitib o iztirab, o həsrət! 2020-ci ilin sentyabr ayında, payızın qoxusu duyulurdu havadan. Həmin gün kimi məktəbdə, kimi gəzintidə, kimisi isə evində oturub televizor izləyirdi.

Bir də mənim kimi qürbətdə olanlar var idi. Söhbət 27 sentyabrdan gedir. 27 sentyabr 30 illik həsrətə son qoymanın təməl daşları atıldı. Sanki bir anda Azərbaycan lərzəyə gəldi o gün. 2020-ci il 27 sentyabr tarixində ikinci Qarabağ mübaribəsi başladı.

Yurdumun insanları əl-ələ verib mənfur düşməni 44 gün ərzində layiqincə yerinə oturtdu. Hərbçilərimiz ön cəbhədə, mülkü vətəndaşlarımız, həkimlərimiz və mediya nümayəndələrimiz arxa cəbhədə vuruşdu 44 gün ərzində. Qanında əsil Azərbaycan, Türk qanı axan hər bir vətəndaş cismən ola bilməsələr də, lakin ruhən həran, hər saniyə igid, mərd əsgərlərimizin yanında oldular.

Dualarını onlardan əsirgəmədilər. İnsanlarımız birləşərək cəbhə xəttinə ərzaq payı göndərirdilər. Müharibə ərəfəsində sözün əsil mənasında xalqla dövlət bir yumruq kimi birləşərək düşmənin başınI əzdilər.

Bu günkü gündə biz torpaq üstə rahat, sərbəst gəziriksə torpaq altda yatan igid şəhidlərimizə borcluyuq. Azərbaycan əzəl bir gündən şəhid verən ölkə olub. Azərbaycan xalqı hər zaman qorxmaz, cəsur mərd ərənləri ilə seçilib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardından Azərbaycan xalqı   rifah içində yaşama qovuşdu. Ulu öndərimizin şərəfli davamçısı, xalqın sərkərdəsi İlham Əliyevin uzaq görən siyasətinin və qüsursuz idealarının sayəsində bu gün Azərbaycan xalqı öz əzəli torpaqlarına qovuşdu.

8 noyabır tarixi nəinki Azərbaycan xalqının, ümumən Türk dünyasının bayramıdır. Bu unudulmaz və şərəfli gün münasibəti ilə hər bir vətəndaşımı təbrik edirəm!

Bizə qələbə sevincini yaşadan şəhidlərimizin, qazilərimizin və onların yaxınlarının qarşısında baş əyirəm.

Zəfərin daimi olsun Azərbaycan!

Əli Ağayev

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …