Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Zəngəzur məhz buna görə ermənilərə verildi – Tarixçidən ŞOK AÇIQLAMA

Zəngəzur məsələsi Cümhuriyyət dövründə mübahisəli ərazilərimizdən biri idi.

Boyukmillet.com  xəbər verir ki, bu sözləri açıqlamasında tarixçi Elmar Həsənli Zəngəzurun Ermənistana verilmə tarixçəsindən danışarkən deyib.

Tarixçinin sözlərinə görə, bu ərazini daha çox mübahisəli ərazi məsələsinə çevirən Sovet İttifaqı, xüsusilə də Qriqori Orconikidze olub:

“Biz türk və müsəlman bir bolşevikin əli ilə tarixi Azərbaycan ərazilərini düşmənə güzəştə getdik. Bizi buna Sovet İttifaqı məcbur etdi. 1918-ci il hadisələri, yəni türk qoşunları yenidən Azərbaycana daxil olmasın deyə, bu ərazini “güzəştə” getməyə məcbur edildik. Sovet İttifaqı Azərbaycanın Türkiyə ilə əlaqələri kəsilsin deyə bu addım atdı. Beləliklə, 4,5 min kv/km ərazi ermənilərə verildi. Bu, tarixə bədnam “1 dekabr bəyanatı” kimi düşdü”.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …