Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Zəngilanda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağalıda olub

Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağalı kəndində olub.

Boyukmillet.com xəbər verir ki, xarici qonaqlara kənddə yaradılmış şərait barədə məlumat verilib.

Xatırladaq ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbir sabah işini Bakıda davam etdirəcək.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …