Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində mövqeylər atəşə tutulub

Ermənistan Bakı vaxtı ilə saat 10:00-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını pozub.

Boyukmillet.com xəbər verir ki, düşmən tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub.

Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan mövqelərimizi atəş altında saxlayır. Ordumuz hazırda cavab tədbirləri görür.

Bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan tərəfdə isə 3 ölü, 2 yaralı var. 

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …