Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Zahir Əmənov azadlığa buraxılıb

Jurnalist, Masallı rayonunda dərc olunan “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb.

Bu barədə  onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polisin nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İddialara görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …