Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Zalujnı fransalı həmkarı ilə hərbi tədarükləri müzakirə edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə fransalı həmkarı Tyerri Bürkar arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə T.Bürkar tviterdə bildirib.

Bürkar qeyd edib ki, V.Zalujnı ilə söhbət verimli olub. O, həmçinin Fransanın Ukraynaya hərbi təchizat və hərbçilər üçün təlimlər vasitəsilə dəstəyini davam etdirəcəyinə əmin edib.

“Ukraynalı həmkarım general Valeri Zalujnı ilə səmərəli telefon danışığı olub. Mən onun cəbhədəki durumla bağlı təhlilini dinlədim. Onu Fransanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi təchizat və təlim vasitəsilə davamlı dəstəyimizdə əmin etdim”, – deyə Fransa Baş Qərargah rəisi sosial şəbəkədə yazıb.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …