Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının müzakirəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabının müzakirəsi keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin əməkdaşları və gənc zabitlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev kitabın Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin bərpasında böyük rol oynayıb. Dahi Rəhbərin müdrik idarəçilik fəlsəfəsi və Vətənə, xalqına sonsuz sədaqət hissləri ölkəmizin əldə etdiyi uğurların əsasında dayanır. Bildirilib ki, kitabda Ulu Öndərin Vətən qarşısında misilsiz xidmətlərindən, həyata keçirdiyi mütərəqqi islahatlardan ətraflı bəhs edilir.

Tədbirdə çıxış edən Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə bildirib ki, Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” kitabı ulu öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin, praktik-əməli fəaliyyətinin əsas prinsip və müddəalarının təhlili əsasında Əliyevşünaslığın siyasi-fəlsəfəsi təməlinin yaradılması məsələlərinə həsr olunub.

Akademiyanın Elmi-tədqiqat şöbəsinin müdiri, fizika elmləri doktoru Xanlar Həsənov kitabda ulu öndər Heydər Əliyevin zamana sığmayan həyat və fəaliyyəti barədə ətraflı bəhs edildiyini qeyd edib, kitabda Dahi Rəhbərin dövlətçilik ideyalarının əsas istiqamətlərindən danışıldığını, azərbaycançılıq məfkurəsinin formalaşdırılmasında və dünya azərbaycanlılarının bu ideya ətrafında birləşməsində tarixi rolundan bəhs edildiyini diqqətə çatdırıb.

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, lahiyələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin idarə rəisi Azadi Quliyev, həmin Baş idarənin sektor müdiri Cabir Həsənov və digər çıxış edənlər kitabın əhəmiyyətindən bəhs edərək, onun gənc zabitlər tərəfindən Heydər Əliyev şəxsiyyətinin və irsinin öyrənilməsi istiqamətində mühüm rol oynayacağına əmin olduqlarını ifadə ediblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …