Cümə , 29 Mart 2024
Drone Cameras

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib, şəhidlərin məzarları və ailələri ziyarət olunub.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər.

Əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasında polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Yeni əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.

Check Also

Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. İcmadan  …