Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zaxarova: ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir

ATƏT-in Minsk qrupu və onunla bağlı institutlar ləğv edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Minsk qrupu öz fəaliyyət predmetini itirib və görünür, ləğv edilməlidir. Bu tədbir Azərbaycan və Ermənistan arasında münasibətlərin çoxdan gözlənilən normallaşmasına kömək etməlidir. Buna əlavə edəcək heç nə yoxdur”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün irəli sürdüyü şərtlərdən biridir. İrəvanda bildiriblər ki, Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …