Cümə , 3 May 2024
Drone Cameras

Zelenski: “Aİ Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”

“Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə deyib.

“Ukrayna hər gün Rusiyanın təcavüzünə qarşı müdafiənin effektivliyini nümayiş etdirir. Terrorçuların hər vurulan raketi, əsgərlərimizin Rusiya hücumlarını dəf etməkdə əldə etdiyi hər bir uğur bizim bu təcavüzkarı məğlub edə biləcəyimizin sübutudur”, – o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı, AK rəhbəri ilə bu sursatların tədarükü və çatdırılmasının tezliyi məsələsini də müzakirə edib.

Xatırladaq ki, mayın 5-də Aİ Şurası Ukrayna üçün sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …