Bazar , 8 Fevral 2026
Drone Cameras

Zelenski döyüşlərdə fərqlənən azərbaycanlı hərbçiləri təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …