Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Zelenski: “Xerson vilayətinin bir neçə icması azad edilib”

Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib.

“Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib”, – o deyib.

Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir.

Xatırladaq ki, daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilib, lakin kəndlərin adları hələ açıqlanmır.

Xerson vilayətinin Rusiya qoşunlarından azad edilməsinin mərhələli şəkildə aparılacağı da bildirilir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …