Bazar , 8 Fevral 2026
Drone Cameras

Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcəklər

ABŞ Kabildə diplomatik iştirakını dayandırıb və bundan sonra Əfqanıstan istiqamətində fəaliyyətini Qətərin paytaxtı Dohadan həyata keçirəcək.

Boyukmillet.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

O, həmçinin “belə bir çox mürəkkəb dövrdə son dərəcə cəsur iş görmüş” ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra etmiş Ross Uilsona minnətdarlığını bildirib.

Bundan sonra R.Uilsonun vəzifəsini onun müavini Yan MakKeri tutacaq.

ABŞ-lıların və onlarla əməkdaşlıq etmiş əfqanların və digər ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması əməliyyatlarına rəhbərlik ABŞ-ın bu ölkədəki sabiq səfiri Con Bassa tapşırılıb. O, təxliyə əməliyyatına nəzarət etmək üçün Kabilə qayıdıb.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …