Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Əjdər Həmidov vəfat edib

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib.

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil.

Allah rəhmət eləsin!

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …