Şənbə , 27 Aprel 2024
Drone Cameras

Şirvan şəhərində könüllü döyüşlərdə iştirak edən əsgər anasından Azəriqaz MMC tərəfindən evinə qaz çəkdirmək üçün 1000 manat pul istənildi.

Bu Şirvan şəhərindən işğal altında olan torpağlarımız uğrunda gedən döyüşlərdə könüllü gedən əsgərimiz İsayev Kənanın evidir.

Kənangilin hal hazırda evində qaz yoxdur.Anası qaz çəkdirmək üçün müraciət etsədə, küllü miqdarda pul istənilib. Ananın müraciətinə baxılmır. Bizim bu qardaşımız həmdə aprel döyüşçüsüdür. Bir çoxu isti yorğanında, isti evində torpağlarımızın azad olma xəbərini eşidəndə qələbə sevincini yaşadı. Bu qələbə bu əsgərlərimizin,şəhidlərimizin sayəsində oldu.

Gəlin indidə bu əsgərimizin vəziyyətinə laqeyd yanaşmayaq. Qışda gəlir, havalarda soyuyur, evdə anada təkdi. Adiyyatı qurumlardan xahiş edirik ki, bu məsələyə diqqətlə baxsınlar.

Dostlar xahiş edirik paylaşın dəstək olaq!

Ünvan:Şirvan şəhəri (köhnə şəhər) Mehmandarov küçəsi 12 mənzil 7.

Bu tək anaya köməy edək. Heç olmasa oğlu gələndə görsün ki, evi istidi.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …