Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Əlahiddə Ümumqoşun Orduda məşğələ keçirilib

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.

Boyukmillet.com xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırlıb.

Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümü tələblərə uyğun olaraq hissə və mexnizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib.

Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vastilərinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …