Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Əli Hacı: “Bu məsələnin məsuliyyəti Tehran dövlətinin üzərindədir və cavab verməlidirlər”

Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə terror hücumuna DAK-ın Avropa Bölməsinin rəhbəri, hüquqşünas Əli Hacı münasibət bildirib.
DAK yetgilisi dak.az-a bildirib ki, Tehran dövləti bu olayla bir daha özünün iç üzünü açıq şəkildə göstərdi. Terrora əl atdı. Faşist ölkəsi kimi tanınan İran İslama ləkə olduğunu bir daha sübut etdi. Bu ölkədə humanizimdən, insanlıqdan başqa hər şeyə təsadüf etmək olur. Erməniyə qucaq açan, amma əslində bir ovuc ermənin qucağında oturan İranın Molla rejimi terror siyasətini dəstəklədiyini sübut etdi. İslam ideyalarına ləkə olan bu dövlətin hazırkı rejimi parçalanmağa, yox olmağı haqq etdiyini heç kəsdə şübhə yeri qoymur”.
DAK rəsmisi bildirib ki, Vyana konvensiyasının şərtlərinə görə diplomatik korpus və onun əməkdaşlarının təhlükəsizliyi yerləşdiyi ölkənin məsuliyyətindədir. Bu olayın tam məsuliyyəti Tehran dövlətinin üzərinə düşür və onlar bu məsələyə görə cavab verməlidirlər.
Əli Hacı terror aktı zamanı şəhid olan səfirliyin mühafizə dəstəsinin rəisi Orxan Əsgərovun ailəsinə və yaxınlarına səbr diləyərək, xalqımıza baş sağlığı verib.

Check Also

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir

Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Boyukmillet.com xəbər …