Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ərdoğan Putinin Avropaya qaz sanksiyalarına haqq qazandırıb

“Avropa əkdiyini biçir. Putinə (Rusiya Federasiyasının Prezidenti Vladimir Putin – red.) qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə brifinqdə bildirib.

“Putin isə əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. Təəssüf ki, istəməzdik, amma belə bir durum Avropada formalaşıb. Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur”, – dövlət başçısı vurğulayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …