Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəklədiyini deyib.

Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə müsbət yanaşmayacaqlar.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …