Cümə , 10 May 2024
Drone Cameras

Cavid adına məktəb haqda Türkiyə mətbuatında-Video

Haber Global İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbi haqda reportaj hazırlayıb.

Boyukmillet.com xəbər verir ki, Haber Global İstanbulda Azərbaycanlı ailələrin uşaqları üçün yaradılmış Hüseyn Cavid adına məktəb haqda reportaj hazırlayıb.

Məktəbin müdirəsi Şərgiyyə Məmmədova müsahibə zamanı bildirib ki, məktəbi yaratmaq fikri illər öncə Naxçıvanın erməni təcavüzkarları tərəfindən mühazirəyə alınması səbəbindən azərbaycanlıların qardaş Türkiyyəyə sığınmasından sonra başlayıb.

Köçkün ailələr qeydiyat problemləri yaşadığına görə övladları təhsildən kənarda qalıb. Bu səbəbdən öz müəllimlik fəaliyyətini Bayram Paşada Hüseyn Cavid adına məktəbi yaradaraq azərbaycanlı ailələrin uşaqlarına təhsildə dəstək olmaqla davam etdirir.

Ayna Fərhad

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …