Cümə axşamı , 9 May 2024
Drone Cameras

“Əziz Ələkbərli Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gərgin fəaliyyət göstərib”- Türkiyədə yaşayan tanınmış jurnalist Oktay Hacımusalı

Bir alim, bir ziyalı kimi dəyərli insan…

Əziz Ələkbərli bir ziyalı kimi, bir alim kimi elmi, ictimai sferada hər kəsin hörmətini qazanmış bir insandır. Və bu növbədənkənar parlament seçkilərində onun deputatlığa namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən verildiyini biləndə Əziz müəllimin əsl vətənpərvər bir insan kimi fəaliyyətlərinin sadəcə bir qismini xatırladım və özlüyümdə bu qərarın nə qədər yerində bir qərar olduğu ilə bağlı düşüncələrimi yazmaq fikrinə düşdüm.

Əziz müəllimlə tanışlığım 2017 – ci ildə Beynəlxalq İnformasiya və Regional Araşdırmalar mərkəzinin başlatdığı İrəvan 2018 hərəkatındakı tədbirlərə söykənir.

Əziz müəllim həmin dövrlərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yönündə atdığımız hər bir addımda yanımızda olaraq öz yardımını bizdən əsirgəmir, tam tərsi əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı bilmiş olduğu bütün gerçəkləri təşkil etdiyimiz tədbirlərdə dilə gətirirdi.

Onun Qərbi Azərbaycanla bağlı gördüyü əməli işlər sadəcə tədbirlərdə çıxış etməkdən, ya da hardasa ekspert kimi açıqlama verməkdən ibarət olmayıb və bu gün də ibarət deyil.

Müasir Azərbaycanın inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının məhz onun namizədliyini irəli sürməsi bizə onu deməyə əsas verir ki, Əziz müəllim necə indiyə kimi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gərgin fəaliyyət göstərib və əməli işlər görübsə bundan sonra da eyni şəkildə Milli Məclisin kürsüsündən qərbi Azərbaycanla bağlı həqiqətləri dilə gətirəcək və bu günə kimi aparılan Qarabağla bağlı olan siyasətə akademik bir yanaşma ilə yanaşaraq cənab Prezidentin uğurla həyata keçirdiyi xarici siyasətə ciddi anlamda dəstək verəcək. Inşaallah, buna inamım sonsuzdur. Çünki, Əziz müəllim bunu bacaraq bir ziyalımızdır.

Oktay Hacımusalı

Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsi başqanı gazeteanka.com saytının baş redaktoru

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …