Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“144 manat alan pensiyaçı onu yalnız kommunal xərclərinə verir” – Millət vəkili

Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.

“Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar… Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir.

 

Səttar müəllim (Səttar Möhbalıyev –red) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov –red) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.

Oxumağa dəyər:   Ayaqqabıdan narkotik çıxdı

 

A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir.

 

“Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir