Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Abel Məhərrəmov Fransisko de Vitoriya Universitetində çıxış edib

“Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda konfrans keçirilir

İspaniyanın Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar.

AzNews.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin müəllim-tələbə heyəti qarşısında çıxış edərək bildirib ki, bu beynəlxalq konfransın əsas məqsədi dünyadakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaqdan ibarətdir. Vurğulayıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə İspaniya hökumətinə minnətdarlığını ifadə edib.

Ölkəmizdəki tolerant və multikultural mühit barədə məlumat verən A.Paşazadə qeyd edib ki, Azərbaycan dindarları dünyanın heç bir yerində baş verən faciələrə, soyqırımlarına biganə qalmır, öz etirazlarını bildirirlər.
Tədbir digər çıxışlarla davam edib.

(AzNews.az)

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir