Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

İran “Airbus”dan 100 sərnişin təyyarəsi alacaq

İran Hava Yolları (“İran Air”) ilə Fransanın təyyarə istehsalçısı “Airbus” şirkətinin rəsmiləri arasında 100 sərnişin təyyarəsinin satışına dair yekun müqavilə imzalanıb. AZƏRTAC “IRNA”ya istinadla xəbər verir ki, İran Hava Yollarının baş direktoru Fərhad Pervereş müqavilənin Tehranda “Airbus” şirkətinin rəsmiləri ilə imzalandığını və “Airbus”dan 100 təyyarə alınmasına dair yekun razılığa gəlindiyini bildirib. Müqaviləyə əsasən, gələn il 7-8 təyyarə İran Hava Yollarına veriləcək. …

Read More »

Sabirabad sakininin evindən pul və qızıl əşyaları oğurlanıb

Sabirabad rayon sakininin evindən pul və qızıl əşyalar oğurlanıb.  “Report” xəbər verir ki, rayon sakini İbrahim Şirinovun evindən 220 mant pul və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.  Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Elşən Salmanov tutulub.  faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Yerevanda Suriydan olan qaçqın erməni intihar edib

Suriyadan qaçqın kimi Ermənistana sığınan erməni Yerevanda intihar edib.  “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Suriya vətəndaşı olan 40 yaşlı Qabriel Jan Başarmyan özünü 8-ci mərtəbədən atıb.  Həmin vaxt qardaşı da onun yanında olub, lakin intihara mane ola bilməyib.   Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub

Futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, “Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı …

Read More »

Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Puşkin İnstitutu” tərəfdaşlıq şəbəkəsi mərkəzi yaradılıb. AZƏRTAC xəbər verir ki, dekabrın 19-da mərkəzin açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov yeni mərkəzin yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, bu mərkəz Bilik Fondu ilə Rusiyanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında imzalanmış müqavilə çərçıvəsində təşkil edilib. …

Read More »

Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Read More »

İsrail XİN Belarus hökumətindən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmamasını xahiş edib

İsrail Xarici İşlər Nazirliyi 40 yaşlı rusiyalı-israilli blogger, Hayfa sakini Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının qarşısını almağa çalışır.“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, İsrail XİN-in rəsmi nümayəndələri Belarus hökumətindən daha əvvəl Minskdə saxlanılan A.Lapşini ekstradisiya etməməyi və onunla görüşə icazə verilməsini xahiş edib.İsrailin “Ynet” nəşrinin məlumatına görə, İsrail XİN nümayəndələri belaruslu həmkarlarından əvvəlcə vəziyyəti İsrail ilə müzakirə etməyi xahiş …

Read More »

Gəncə sakini qohumu tərəfindən bıçaqlanıb

Gəncə şəhər sakini qohumu tərəfindən bıçaqlanıb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər ərazisndə yaşayan Afər Məmmədov qohumu tərəfindən evində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qohumuna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Məmmədov tutulub. Hidisənin münaqişə zəmnində baş verdiyi bildirilir.Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »