Cümə axşamı , 9 May 2024

Yearly Archives: 2016

Palmira yaxınlığında İŞİD-in 25 üzvü zərərsizləşdirilib

Suriya ordusu Palmira şəhərinin qərbində İŞİD terror təşkilatının 25 üzvünü zərərsizləşdirib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, toqquşma silahlı qruplaşmanın ələ keçirməyə çalışdığı hərbi aerodrom yaxınlığında qeydə alınıb. Suriya hərbçiləri İŞİD-in hücumunun qarşısını ala bilib. Xatırladaq ki, ayın əvvəlində İŞİD-in hücumu nəticəsində Suriya qüvvələri Palmiranı tərk etməyə məcbur olmuşdu.

Read More »

İŞİD mülki şəxslərə atəş açdı: ən azı 30 ölü

İŞİD terror qruplaşması Suriyanın Əl-Bab bölgəsində mülki şəxslərə atəş açıb. Trend-in “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçuların atəşi nəticəsində bölgədən qaçmağa çalışan ən azı 30 nəfər həlak olub. Suriyada aparılan “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in 114 mövqeyi məhv edilib.

Read More »

ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başlayıb – SİYAHI

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar. “Report” xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır. Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir. AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

Read More »

Ağaxan Abdullayevlə vida mərasimi keçirilir

Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilir.“Report” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edir.Məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi gözlənilir.Mərhum Türkan qəbiristanlığında dəfn olunacaq.Xatırladaq ki, A.Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Read More »

Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:“Hörmətli Prezident, əziz Qardaşım.Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə …

Read More »

Məhkəmədə Akif Çovdarovun səhhəti yenidən pisləşib

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, məhkəmədə müvəkkilinin səhhəti yenidən pisləşib. Məhkəmə günün ikinci yarısına qədər …

Read More »

Tramp Obamanın fərmanlarını ləğv edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Barak Obamanın imzaladığı fərmanların 70 faizini ləğv edəcək. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Fox News telekanalında Donald Trampın yaxın etibarlı şəxslərindən biri sayılan Konqresin nümayəndələr Palatasının keçmiş spikeri Qinqriç Nyut deyib. “Barak Obamanın 60% – 70% faiz fərmanları Donald Tramp tərəfindən ləğv olunacaq”, – Qinqriç Nyut deyib.

Read More »

“BMW” 193 min avtomobilini Çindən geri çağırır – SƏBƏB?

Almaniyanın “BMW” şirkəti Çindən 193 min avtomobilini geri çağırır. Trend-in “Xinhua” agentliyinə istinadən verdiyi məlumata görə, bunun səbəbi avtomobillərin təhlükəsizlik yastıqlarında problemin olmasıdır. Avtomobillərin geri çağırılması 2017-ci ilin avqust ayının 1-də başlayacaq. “BMW” defektli detalları pulsuz əvəz etməyə söz verib.

Read More »

“Çinar” Soyuducular zavodu qismən özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2017-ci il yanvarın 24-də keçiriləcək yeni hərrac elan edilib. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 60 əmlak olmaqla 20 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 6 nəqliyyat vasitəsilə çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar …

Read More »

“Microsoft” Azərbaycanda marketoloqlar üçün seminar təşkil edib

Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı, həmçinin “Facemark.az” marketinq portalı və “Digital Air” təlim mərkəzinin dəstəyi ilə marketinq mütəxəssisləri üçün “Rəqəmsal hesablamalar dövründə internet-marketinq” mövzusunda seminar keçirilib. Bu barədə Trend-ə “Microsoft Azerbaijan” şirkətindən məlumat verilib. Seminarda reklam kampaniyalarında rəqəmsal marketinqin səmərəliyini qiymətləndirmək istəyən internet-marketinq mütəxəssisləri və marketinq direktorları üçün bu sahədə tətbiq olunan ən son texnoloji yeniliklər barədə məlumat verilib. Bundan …

Read More »