Çərşənbə , 26 İyun 2024

Yearly Archives: 2017

“Qarabağ” norveçli hücumçu transfer edir

“Qarabağ” klubu norveçli futbolçu Məhəmməd Keytanı transfer edə bilər. “Report”un “Metro” nəşrinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçuya cəlbedici müqavilə təklif olunub. Əslən qambiyalı forvard bu təklif üzündən ABŞ-ın “Minnesota” klubuna keçməkdən imtina edib. Nəticədə amerikalılar Danimarka “Kopenhagen”indən Başkim Kadrii ilə müqavilə bağlayıb. Keyta VG qəzetinə açıqlamasında adını açıqlamadığı klubla müqavilə şərtlərini razılaşdırdığını bildirib. Futbolçunun 200 min avroluq müqaviləyə …

Read More »

Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərindəki klublararası Avropa çempionatında daha 3 medal qazanıb. “Report”un Azərbaycan Taekovondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə 2 qızıl, 1 gümüş medal əldə olunub.  “Gilan” klubunun üzvləri Fizam Mehtiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. “Azəri” klubunun nümayəndəsi, 54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız …

Read More »

Qayınata oğlunu öldürməkdə təqsirləndirilən gəlinini bağışlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Vüqar Kərimovun hüquqi varisi, onun atası Safa Kərimov çıxış edib. O, təqsirləndirilən şəxsi bağışladığını bildirib: “Nuridə mənim gəlinimdir. Onun günahından keçmənizi istəyirəm. Gəlinimi …

Read More »

Bakıda 8 nömrəli marşrut xəttinin son dayanacağı dəyişdirilib

Bakıda 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.  Bakı Nəqliyyat Agentliyindən (BNA) “Report”a daxil olan məlumata görə, dəyişiklik nəticəsində son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.  “8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinə qədər hərəkət edəcək. Bu, qəsəbə sakinlərinin şəhərin mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda “Azadlıq prospekti” stansiyası ətrafındakı nəqliyyat sıxlığını …

Read More »

Baş nazirin müavini məcburi köçkünlər üçün sayğacların quraşdırılmasının tezləşdirilməsi barədə göstəriş verib

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə “Dövlətqaçqınkom”un əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.Komitədən “Report”a verilən məlumata görə, müşavirədə Prezidentin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə …

Read More »

Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı. …

Read More »

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Prezident İlham ƏLİYEV dedi: -Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun …

Read More »

QHT-lərlə bağlı qanunda dəyişiklik ediləcək? – Şuradan açıqlama

2000-ci ildə qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən əlavə və dəyişikliklərin olunması ilə bağlı bir sıra təşəbbüslər var. Hazırda qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən öyrənilir. QHT.az xəbər verir ki, bu barədəAZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib. O, …

Read More »

Güclü qar ABŞ-da iki minə yaxın aviareysin təxirə salınmasına səbəb olub

Güclü qar ABŞ-ın şimal-şərqində iki minə yaxın aviareysin təxirə salınmasına səbəb olub. AZƏRTAC “www.bensoncountynews.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın şərqində yerləşən 12-dən çox aeroportda isə ümumilikdə 1695 reys gecikir. Hava şəraiti ilə əlaqədar 10 aviaşirkət gecikmələrlə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Read More »