Bazar , 10 Dekabr 2023

QHT-lərlə bağlı qanunda dəyişiklik ediləcək? – Şuradan açıqlama

2000-ci ildə qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən əlavə və dəyişikliklərin olunması ilə bağlı bir sıra təşəbbüslər var. Hazırda qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən öyrənilir.

QHT.az xəbər verir ki, bu barədəAZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib. O, əlavə edib ki, ölkəmizdə davamlı olaraq müxtəlif sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına da aiddir. Şura dövlətin QHT-lərə verdiyi dəstək siyasətinin daha da inkişaf etdirilməsi üçün fəaliyyətini bundan sonra da davam etdirəcək.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir