Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlətimizin başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırladı.

Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıldı, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir