Bazar , 12 May 2024

Yearly Archives: 2017

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

Yanvarın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd qısamüddətli notlarının buraxılışı 50100253S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildiriblər ki, sözügedən notların tədavül müddəti 28 gündür.

Read More »

BƏƏ-nin Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində bir neçə gün əvvəl Əfqanıstanda baş vermiş terror aktı ilə əlaqədar matəm kitabı açılıb. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib. Qeyd edək ki, yanvarın 10-u Qəndəharda törədilmiş partlayış nəticəsində BƏƏ-nin 5 diplomatı həlak olub. Hadisə əyalət qubernatorunun qonaq evində baş verib. Hadisə nəticəsində ümumilikdə 11 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Read More »

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il 4 mindən çox şikayət araşdırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2016-cı il ərzində “Qaynar xətt”ə ümumilikdə 4 min 630 şikayət daxil olub. Onlardan 4 min 264-ü nazirliyin …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda gedən proseslər, siyasi, iqtisadi, humanitar və digər sahələrdə həyata keçirilən islahatlar və bu istiqamətdə atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparıldı.

Read More »

Avropa Şurası Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırıb

Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektləri Avropa Şurasını (AŞ) narahat edir və Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırır. Trend-in AŞ-nin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın bəyanatında deyilir. T.Yaqland qeyb edib: “Mən bilirəm ki, ötən il dekabrın 29-da atəşkəs rejiminin pozulması insan tələfatı ilə nəticələnib, həmçinin erməni silahlı qüvvələrinin həlak olan azərbaycanlı əsgərin …

Read More »

Mehriban Əliyeva: Son illər Azərbaycan ilə Fransa arasında humanitar sahədə əlaqələr yeni səviyyəyə çatıb

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva bu gün Azərbaycan və …

Read More »

Sabah hava yağıntılı olacaq

Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə,Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir.Azərbaycanın …

Read More »

Lənkəranda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Evlərin istifadəyə verilməsi tədbirində …

Read More »

Prezident İlham Əliyev Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

Read More »

Rusiyaya gedən Azərbaycan vətəndaşında 1,15 mln. rubl aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir ki, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Read More »