Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar