Bazar , 28 Aprel 2024

Yearly Archives: 2017

İŞİD əmiri öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib. Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub. Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir. Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi …

Read More »

Moskvada 19 aviareys təxirə salınıb, 27 reys yubanır

Moskva aeroportlarında 19 reys təxirə salınıb, 27 reys isə yubanır. Trend-in məlumatına görə, “Domodedovo” hava limanında 13 reys yubanır, 6-sı təxirə salınıb, “Şeremetyevo”da isə 14 reys yubanır, 13-ü təxirə salınıb. “Vnukovo” və “Jukovski” aerportlarından uçuş cədvəllərində dəyişikliklə bağlı hələ məlumat yoxdur. Reyslərin təxirə salınması və yubanmasının səbəbləri göstərilmir.

Read More »

Kirayədə yaşadığı evdə qohumunu qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu – Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Read More »

Dəm qazı daha bir can aldı

Paytaxtda daha bir nəfər dəm qazından zəhərlənib ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Səbail rayonunda yaşayan Sədaqət Tokan evində dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Tanınmış terrorçu qadın həbs edildi

Yunanıstanın Antiterror Xidməti səhər saatlarında uzun müddətdir axtarışda olan terrorçu qadın – 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. P.Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur. Polanın da iştirakçısı olduğu “İnqilabi mübarizə” anarxist terror təşkilatı …

Read More »

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirəcək

 Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcəyi imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək. Mərkəzdən “Report”a verilən məlumata görə, fevralın 1-dək davam edəcək bu seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur …

Read More »

Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri

Azərbaycan Vergilər Nazirliyində bir sıra idarələr departamentlərə çevrilib. Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, dəyişikliklər vergi siyasəti və strateji araşdırmalar, daxili təhlükəsizlik, vergi risklərinin təhlili və nəzarət, eləcə də hüquq idarələrində baş verib. Bundan başqa, Vergi ödəyicilərinə xidmət Baş idarəsi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Ərazi vergi orqanları ilə …

Read More »

Dağıstan Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Bu il ərzində Dağıstan Milli Siyasət Nazirliyi Xəzəryanı ölkələrlə əməkdaşlığı genişləndirməyi planlaşdırır. “Report” Dağıstan KİV-inə istinadən xəbər verir ki, nazirliyin nümayəndələri mətbuat konfransında qurumun Azərbaycan, Türkiyə, İran və Qazaxıstanla əlaqələri möhkəmləndirməyi və genişləndirməyi, eləcə də Hindistan, Yaponiya və Çin ilə əməkdaşlıq sazişinin imzalanmasını planlaşdırdığını bildiriblər. Nazirlikdən vurğulayıblar ki, etno-mədəni istiqamətli layihələrə və qeyri-kommersiya ictimai təşkilatlarının fəaliyyətinə dəstək verilməsi davam etdiriləcək.

Read More »

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Bu il yanvarın 1-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79.212.496,09 AZN, 212.373,88 ABŞ dolları, 5935,69 avro və 5000,0 rubl vəsait daxil olub.Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiqlənib.

Read More »

Nüfuzlu Argentina nəşrinin Azərbaycanla bağlı buraxılışı işıq üzü görüb

Argentinanın nüfuzlu “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb. XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə Argentinanın ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” başlıqlı buraxılışı işıq üzü görüb. “Imagen Diplomática”nın qeyd olunan buraxılışı jurnalın …

Read More »