Şənbə , 15 Noyabr 2025
Drone Cameras

İŞİD əmiri öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib.

Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.

Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir.

Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.

Check Also

Bakıda satılan dana əti basdırmasında at DNT-si aşkarlanıb

Bakıda bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb. Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir