Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Bu il Azərbaycanda 4 mln ton neft emal edilib

Azərbaycanda neft emalı 2020-ci ilin 8 ayında 4 mln ton təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 201 min ton az olub. Qeyd edək ki, Azərbaycanda neft emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

Read More »

Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladını məktəbə göndərməyən valideynlərin sayı 5 262 nəfərdir. Bu barədə BŞTİ-dən “Report”un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir: “V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb. Övladlarını məktəbə göndərməyə ehtiyat edən …

Read More »

Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir

“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur. Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.  Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir. 

Read More »

Yevgeni Mixaylov: “Azərbaycan təxribatlara sərt cavab verməlidir”

“Ermənistanın Azərbaycana qarşı davamlı təxribatlarına sərt cavab verilməlidir”. Bunu “Report”un Rusiya bürosuna sərhəddəki mövcud vəziyyəti şərh edən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib. Onun fikrincə, Azərbaycan Ermənistanın nazı ilə oynamağa son qoymalıdır: “Azərbaycan güclü, istənilən an öz torpaqlarını qaytarmaq iqtidarında olan bir dövlətdir. Məncə, vəziyyət bu baxımdan mürəkkəbdir və artıq elə bir həddə çatıb ki, danışıqlarda müəyyən diplomatik xətt izləmək, daha üzüyola olmamaq …

Read More »

Şamaxıda qanunsuz ov edənlər cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlığında qanunsuz ov edən şəxslər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Xamis İsayev, Şamaxı rayon sakinləri Habil Əliyev, Tofiq Məhərrəmov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb. “Faktla bağlı …

Read More »

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb – YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Open.az-a FHN-dən məlumat verilib. İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub. Böhran …

Read More »

Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Open.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat …

Read More »

Dövlət Məşğulluq Agentliyi meyvə bağları yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi meyvə bağlarının yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Parlar Ting A.T” MMC-dir. Qalib şirkətə 2 233,5 min manat ödəniləcək.

Read More »

Gömrük modernləşdirilməsi layihəsi ilə bağlı onlayn iclas keçirilib

Sentyabrın 21-də Koreya Gömrük İdarəsinin Gömrük modernləşdirilməsi – məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Koreya Gömrük İdarəsi Yeni Texnologiyalar və Qlobal Layihələr departamentlərinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçiləri, eləcə də …

Read More »

BQXK nümayəndəsinə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb. Komitədən Open.az-a verilən məlumata görə, R.Rzayev Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi …

Read More »