Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə bir qrup jurnalisti fəxri adlar və başqa mükafatlarla təltif edib. Açığını deyim ki, həmin siyahı məni çox təəccübləndirdi. Mənim özüm də jurnalistika ilə yaxından təmasda olan adamam və bu səbəbdən də sözügedən cameədə baş verən proseslərin çoxundan xəbərdaram. Mən ölkə rəhbərliyi adından verilən hər hansı fərmana …
Read More »Yearly Archives: 2020
Bu müsəlman ölkəsi İrəvana hansı raket sistemlərini satıb?
Bu gün Azərbaycan mətbuatı Serbiyadan sonra İordaniyanın da Ermənistanla hərbi texniki əməkdaşlığını artırmasına dair məlumat yayıb. Buna əsas sübut kimi isə RPG-32 qumbaratanlarının Əmman tərəfindən İrəvana ixrac edilməsini göstərib. Əslində, Ermənistanla İordaniyanı bir-birinə bağlayan bir çox faktorlar var. İordaniya Fələstin məsələsində əsas oyunçulardan və söz sahiblərindən biri sayılır. Digər tərəfdən məhz bu ərazidə, daha dəqiq desək, Qüdsdə kifayət qədər erməni …
Read More »Azərbaycan kəşfiyyatı İrəvanda çaxnaşma yaratdı
Ermənistanda Azərbaycan xüsusi xidmət orqanlarının ermənilərdən informasiya əldə etdiyinə dair iddialar gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNS) Azərbaycan kəşfiyyatının fəaliyyətinə dair açıqlama yayıb. Açıqlamada iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanları Ermənistanın müxtəlif mobil operatorlarının nömrələrindən istifadə edərək, ermənilərə zəng edir, onlardan erməni hərbi birləşmələrindəki vəziyyət və digər məsələlərlə bağlı məlumatlar əldə edir. “094-39-75-95 və 093-52-72-08 …
Read More »Qarabağ plakatlı maşınlar Nyu-Yorkda dövrə vurub
Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar. Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, rəqəmsal plakatlarda Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, ermənilərin işğalçılıq …
Read More »Meksikanın radiokanallarında Ermənistanın işğalı faktları açıqlanıb
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan tərəfinin son təxribatları ilə bağlı yerli radiokanallara müsahibələr verib. Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a bildirilib ki, M.Talıbov bu ölkənin çoxmilyonlu dinləyici kütləsinə malik “Radio Chapultepec” və “Noticias MVS” radiokanallarına ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti haqda məlumat verərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ərazisinin toplam beşdə birini …
Read More »Fransada parlamentarilər prezidentə Ermənistanla bağlı müraciət etdilər
Fransa Parlamentinin üzvləri ölkə Prezidenti Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, deputatlar Guy Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan – Lük Raytzer (Jean-Luc Reitzer), Jan Pyer Do (Jean Pierre Door), senatorlar Alən Uper (Alain Houpert), Andre Reşard (Andre Reichardt) birgə müraciətlərində ölkə prezidentindən Ermənistanı işğalçılıq siyasətinə …
Read More »Moskvada Azərbaycan kafesinə hücum edildi
Naməlum adamlar Rusiyanın paytaxtı Moskvanın qərbindəki Mosfilmsk küçəsində Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib. Qeyd edilir ki, hadisəni törədən şəxslər sonra gizləniblər. “Hadisə Mosfilmovsk küçəsində oldu. Naməlum adamlar Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atdılar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləndilər”, – agentliyin həmsöhbəti deyib. Mənbə əlavə edib ki, …
Read More »Bu gündən bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur. Bununla əlaqədar 25 iyul saat …
Read More »Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar. Bu barədə Open.az-a ATƏT-dən bildirilib. Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.
Read More »Təhqirə dözməyən Azərbaycanlı qız erməni maşınını əzib keçdi – ŞOK VİDEO
Hadisə Gürcüstanda baş verib. Boyukmillet.com-un məlumatına görə, hər şey erməni sürücünün maşını doğru park etməməsi ilə başladı. Onun bu hərəkəti ilə xanım sürücümüz maşını park etdiyi yerdən çıxara bilmir. Sürücümüz öz etirazını bildirsə də, erməni sürücü buna məhəl qoymur və xanımı təhqir edib, fiziki zorakılıq göstərir. Xanım sürücümüz isə maşını ilə erməni maşınının üstündən keçib, yoluna davam edir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar