Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb. Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları …
Read More »Yearly Archives: 2020
İyulun 25-də, saat 11:00-dan 17:00-dək – Vətəndaşların NƏZƏRİNƏ
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməsi prosesi bərpa olunub. Bu prosesin davamı olaraq, iyulun 24-də “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında keçirilmiş növbəti səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib. …
Read More »Praqanın mərkəzi körpüsündən “Qarabağ Azərbaycandır!” posteri asılıb
Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Open.az-a verilən məlumata görə, aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib. Çex dilində yazılmış posteri Çexiyanın Prezident Sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini …
Read More »Baş prokurorluqdan azərbaycanlılara hücumlarla bağlı xarici həmkarlarına MÜRACİƏT
Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən Open.az-a daxil olan məlumatda deyilir: “Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə …
Read More »Prezidentin köməkçisi Kanadanın hüquq-mühafizə orqanlarına müraciət etdi
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” televiziya kanalına müsahibə verib. Boyukmillet.com xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyini bildirən H.Hacıyev ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərimizdə etnik təmizləmənin həyata keçirildiyini diqqətə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev münaqişənin …
Read More »Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə 40 milyon manat ayırıb
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması …
Read More »İSBAM Los-Angeles şəhərində baş vermiş hadisə ilə baqlı bəyanat verib
İyulun 21-də ABŞ-ın Los-Angeles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilmişdir.Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atmışlar.Aksiya zamanı ermənilər Azərbaycanlılardan qat-qat çox olmaqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və konsulluğun təhlükəsizliyini …
Read More »Polkovnik: Düşmən PUA-ları niyə aktivləşib? – Video
Son vaxtlar ermənilər kəşfiyyat xarakteri daşıyan pilotsuz uçuş aparatlarından (PUA) tez-tez istifadə edir. Bu da məlum gərginlikdən sonra cəbhə bölgəsində və təmas xəttində olan müəyyən dəyişiklik və gücləndirmələri nəzərdən keçirmək məqsədi daşıya bilər. Lakin bu, bizim üçün ciddi və təhlükə yarada biləcək bir durum deyil. Boyukmillet.com bildirir ki, bu sözləri ehtiyatda olan polkovniki Şair Ramaldanov son vaxtlar Ermənistan tərəfinin PUA-ları aktivləşdirməsi və buna cavab …
Read More »Naxçıvan dağlarının uca zirvələrində məskən salmış əsgərlərimiz qədim diyarımızı inamla qoruyurlar
Bu gün Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularımız Vətənə inamla xidmət edirlər. AZƏRTAC-ın Naxçıvan bürosu hərbi jurnalist Nəriman Nəcəfovun qartallar məkanı olan uca zirvələrdə strateji mövqelərdə qərar tutan əsgərlərimiz barədə qeydlərini təqdim edir. Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu qısa zamanda qət edərək mənzil başına …
Read More »Prezident Kəmaləddin Heydərova irad tutdu: “Belə şeylərə son qoymaq lazımdır!”
İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə ölkə başçısı su təsərrüfatında yaranmış mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, bəzi məmurlara iradlarını bildirib. “Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar