Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Hülusi Akar: “Azərbaycan Ordusu torpaqları həqiqi sahiblərinə qovuşdurdu”

“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır”. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib. O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin “Biz bir millət, …

Read More »

Prezident FHN-in əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar həkim” Əliyev Kamal Namiq oğlu – tibb xidməti polkovniki Aslanov Fikrət Əhəd oğlu “Əməkdar mühəndis” Abdullayev Elmidar Cümşüd oğlu Ağamirzəyev Ruslan Çoban oğlu Ələsgərov …

Read More »

Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Boyukmillet.com SOCAR-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno …

Read More »

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb. Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi orgeneral Yaşar Güler və digərləri müşayiət ediblər. “Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını …

Read More »

Azərbaycanın tanınmış aktyoru vəfat edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib. Bu barədə aktyorun yaxınları məlumat veriblər. Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə …

Read More »

Koronavirusun beyin damarlarına təsiri məlum olub

ABŞ-dan olan neyrofizyoloqlar hesab edir ki, yeni növ koronavirus infeksiyası tez-tez beyin toxumasına nüfuz etmir. Lakin damarların divarlarının zəifləməsinə səbəb olur ki, bu da öz növbəsində qanaxma və insultla nəticələnir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) mətbuat xidməti məlumat yayıb. “SARS-CoV-2-yə yoluxmuş xəstələrin beynindəki kiçik qan damarlarının COVID-19 inkişaf etdikcə tez-tez zədələndiyini müşahidə etdik. Müşahidələrimiz bunun …

Read More »

Naxçıvanda İşsizlikdən sığorta fondunun büdcəsi təsdiq edilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib. Boyukmillet.com-un məlumatına görə, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi də təsdiq olunub. Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 800 min manat məbləğində müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Read More »

Bu gün dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk …

Read More »

Daha 15 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir. Boyukmillet.com  xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr nəticəsində 1 yanvar 2021-ci il tarixindən daha 15 müəssisədən – “Binə Aqro” …

Read More »