Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycana səfərə gəlib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzində xidmət edəcək türkiyəli hərbçilərlə görüşüb.

Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi orgeneral Yaşar Güler və digərləri müşayiət ediblər.

“Biz vəzifəmizi yerinə yetirməyə hazırıq. Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək. Azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifəmizi yerinə yetirəcəyik”, – H.Akar deyib.

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …