Gürcüstandan Azərbaycana təxliyə olunacaq ölkə vətəndaşlarının heç birində koronavirus aşkarlanmayıb. Qeyd olunub ki, sabah saat 10:00-da 200 Azərbaycan vətəndaşının səfirliyin binası qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılması təmin olunacaq.
Read More »Yearly Archives: 2020
Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb. Boyukmillet.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. Bağırov Rövşən Xürrəm oğlu barəsində …
Read More »Dünyada COVID-19-dan sağalanların sayı artdı
Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib. Məlumata görə, dünyada COVID-19-dan sağalanların sayı 7 005 452 nəfərə çatıb. Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 720 028 insan …
Read More »İcra Hakimiyyətindən Azərbaycan bayrağına qarşı hörmətsizlik
Ağsu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı hörmətsizlik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə fotoqraf Orxan Əzim məlumat verib. O bildirib ki, İcra Hakimiyyətinin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının qarşısında asılan bayraq hissələrə bölünüb, baxımsız vəziyyətdədir.
Read More »Elmar Vəliyevin qardaşı ilə bağlı qalmaqal
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşına məxsus ASC-nin 270 min dollarlıq alacağı var. ASC borcu məhkəmə səviyyəsində həll etmək istəsə də sonradan barışıq əldə edilib. Boyukmillet.com xəbər verir ki, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin Mingəçivirdəki “Azneftemaş” ASC-si məhkəməyə müraciət edərək “Aktauskiy Maşınqayırma Zavodu” TOO-ya qarşı 257 min dollarlıq iddia irəli sürüb. Buna səbəb tərəflər arasında imzalanmış müqavilə öhdəliklərinin yerinə …
Read More »Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: “Ağdərəni o verib”
“Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda əsgər kimi, əsgərlərlə çiyin-çiyinə döyüşüb”. Boyukmillet.com xəbər verir ki, bunu ehtiyatda olan zabit Şahin Əliyev bildirib. O deyib ki, N.Sadıkovun Ağdərə əməliyyatındakı fəaliyyəti haqqında yalan danışanlar xarici dövlətlərdən maliyyələşən və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olmasını istəməyən insanlardır. Ş.Əliyevin sözlərinə görə, Ağdərə …
Read More »Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı
ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib. Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb. “Düşünürəm ki, bu – maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa …
Read More »Murovda yüksəklik azad olundu? – RƏSMİ AÇIQLAMA
Hazırda sosial şəbəkələrdə Murovdağın “Güzgü” postunun guya azad edilməsi ilə bağlı məlumatlar yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ordu.az-ın sorğusuna Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, hazırda təmas xəttində nisbi sakitlikdir. “Məlumatlar əsassızdır. Təmas xəttində sakitlikdir. Əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”, – deyə nazirlikdən qeyd ediblər. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, ictimaiyyəti bu cür yalan məlumatlarla aldatmaq, onların hissləri …
Read More »Kürdəmirdə ata oğlunu qətlə yetirdi
Kürdəmirdə qətl hadisəsi törədilib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb. Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Read More »“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
Əziz Ələkbərli: “Erməni yalanlarını ifşa etmək üçün bütün vasitələrdən istifadə etməliyik” Ötən gün Yeni Azərbaycan Partiyasının İcra Katibiyində millət vəkili Əziz Ələkbərlinin tərtibatçısı olduğu “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib. Maraqlıdır, erməni yalanları və vəhiliklərinin beynəlxalq miqyasda ifşası baxımından bu kitabın müxtəlif xarici dillərə tərcümə edilərək yayılması daha faydalı olmazmı? Moderator.az-a açıqlama verən millət vəkili …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar