Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib. Boyukmillet.com-un xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib. O qeyd edib ki, bu məqsədlər üçün təcili …
Read More »Yearly Archives: 2020
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
“Aparılan karantin tədbirlərinə baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu …
Read More »Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir?
“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”. Bu barədə “Report”un yüksək pensiya alan hərbçilərin ailəsinə …
Read More »Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu
Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və ölkənin antimilli, fərasətsiz hakimiyyətinin – baş nazirin, habelə hökumətin təcili istefasını tələb edirlər. Bu barədə Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir. “Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini xilas etməyə …
Read More »Türkiyədə ağır yol qəzasında 27 nəfər xəsarət alıb
Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hadisə Dənizlinin Kale rayonunda qeydə alınıb. Belə ki, naringi və portağal əkin sahəsinin işçilərini daşıyan “20 AEA 299” dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 27 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda jandarm, polis əməkdaşı, xilasedici …
Read More »ÜST-dən koronavirus peyvəndi ilə bağlı tövsiyə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen bildirib. “Düşünmürəm ki, məcburi vaksinləmə yolu ilə getməliyik”, – o deyib. Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib. Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada …
Read More »Liviyada heyət üzvləri arasında azərbaycanlının olduğu Türkiyə gəmisi saxlanıldı
Liviya Milli Ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən türk gəmisini saxlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib. Əhməd əl-Mismari qeyd edib ki, “Mabrouka” adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş, amma Derna yaxınlığında saxlanılıb. “Onlar gəmiyə zəng etdilər, amma hər hansı cavab almadılar”, – …
Read More »Hindistanda 848 nəfərdə naməlum xəstəlik aşkarlandı
Hindistanın cənubunda və digər ərazilərində naməlum xəstəliyə yoluxanların sayı artaraq 848 nəfərə yüksəlib Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, artıq 332 nəfər xəstəxanalardan evə buraxılıb. Hindistanın cənub hissəsinin sakinləri dekabrın 5-də naməlum xəstəliyin simptomları ilə xəstəxanalara müraciət etməyə başlayıblar. Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya əlamətləri müşahidə olunur. Pasiyentlərin koronavirus testlərinin nəticələri mənfi olub. Həkimlər …
Read More »Tramp: ABŞ-da seçkilər tamamilə saxtalaşdırılıb
ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirildi, seçkilər tamamilə saxtalaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp deyib. “Seçkilər saxtalaşdırılıb.Əgər siz müxtəlif ştatlara baxsanız, görəcəksiniz ki, seçkilər tamamilə saxtalaşdırılıb. Bu, bizim ölkəmiz üçün biabırçılıqdır. Bu, üçüncü dünya ölkəsinə oxşayır, bu bülletenlər hər yerdə heç kimin tanımadığı şəxsə aid cihazlardan istifadə ilə …
Read More »Talıbov şəhidlərin nəşinin qarşılanması mərasimində
Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin nəşinin qarşılanma mərasimi olub. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız İbrahim Mustafa oğlu Əliyev və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar