Bazar , 28 Aprel 2024
Drone Cameras

Tramp: ABŞ-da seçkilər tamamilə saxtalaşdırılıb

ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirildi, seçkilər tamamilə saxtalaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp deyib.

“Seçkilər saxtalaşdırılıb.Əgər siz müxtəlif ştatlara baxsanız, görəcəksiniz ki, seçkilər tamamilə saxtalaşdırılıb. Bu, bizim ölkəmiz üçün biabırçılıqdır.

Bu, üçüncü dünya ölkəsinə oxşayır, bu bülletenlər hər yerdə heç kimin tanımadığı şəxsə aid cihazlardan istifadə ilə səpələnir, hansılar ki, heç kim heç nə bilmir”, – dövlət başçısı iddia edib.

“Onlar (demokratlar-red) bunu nasazlıq adlandırırlar. Nasazlıqlar nasazlıq deyildi, onlar (demokratlar-red) minlərlə səsin göndərilməsini ələ keçirdilər, hansılar ki, yeri gəlmişkən, hamısı mənə qarşı idi”, – Tramp deyib.

“Ən yaxın iki gündə siz əhəmiyyətli çox şey görəcəksiniz”, – o vurğulayıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …