Bazar , 28 Aprel 2024
Drone Cameras

Hindistanda 848 nəfərdə naməlum xəstəlik aşkarlandı

Hindistanın cənubunda və digər ərazilərində naməlum xəstəliyə yoluxanların sayı artaraq 848 nəfərə yüksəlib

Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, artıq 332 nəfər xəstəxanalardan evə buraxılıb.

Hindistanın cənub hissəsinin sakinləri dekabrın 5-də naməlum xəstəliyin simptomları ilə xəstəxanalara müraciət etməyə başlayıblar. Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya əlamətləri müşahidə olunur.

Pasiyentlərin koronavirus testlərinin nəticələri mənfi olub. Həkimlər xəstəliyin koronavirus pandemiyası ilə əlaqəli olmadığını bildiriblər. Qeyd edilir ki, xəstəlik insandan insana keçmir.

“Times of India” nəşrinin məlumatına görə, xəstəliyə zəhərli xlor və onun orqanik birləşmələri, ağcaqanadlardan müdafiə vasitələri səbəb ola bilər. Bir sıra mütəxəssislər isə xəstəliyə içməli suyun ağır metallarla, pestisidlərlə, fosfor birləşmələri ilə çirklənməsini səbəb göstərirlər.

Daha əvvəl naməlum xəstəliyə 350 nəfərin yoluxduğu, 1 nəfərin ölümü barədə bildirilirdi.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …