Türkiyədə səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və BDM sədrinin müavini , İSBAM sədri Samir Adıgözəlli Iğdırda görüşlərini davam etdirirlər. Boyukmillet.com xəbər verir ki, bu gün heyyət olaraq Iğdırda fəaliyyət göstərən Heydər Əliyev adına fənn liseyində olublar. Liseyin müdiri Hikmət Ulaşla görüşən İsmayıl Ağayev və Samir Adıgözəlli Azərbaycanın Qarabağda qazandığı böyük qələbə haqqında danışıblar. Onlar Türkiyə ictimaiyyətinin …
Read More »Yearly Archives: 2020
Vətən müharibəsi dövründə QHT-lərin fəaliyyəti
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərə dair yerli və xarici QHT-lərin hesabatları” və “Vətən müharibəsi dövründə QHT sektorunun fəaliyyətinə dair ilkin hesabat” toplusundan ibarət 2 nəşr hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu gün Şuranın ofisində həmin hesabatların təqdimatı keçirilib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, “Vətən müharibəsi dövründə …
Read More »Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Read More »Prezident dörd polkovnikə general-mayor rütbəsi verdi – SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik Ağamir Əzizxan oğlu Sultanova polkovnik Anar Təvəkkül oğlu Kərimova polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə polkovnik Zaur Sabir oğlu Məmmədova.
Read More »“Ölkəmizin yeni dövrü başlayır” – Dövlət başçısı
“Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq …
Read More »Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr …
Read More »Ombudsmanın nümayəndələri erməni əsir və girovlara baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir. Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan …
Read More »Cəlilabad icra hakimiyyətinin binasında əməliyyat keçirilir
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir. Boyukmillet.com xəbər verir ki, saxlanılanlar var. Əlavə məlumat veriləcək. Qeyd edək ki, Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır. Bu barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb
Read More »Azərbaycanın XİN başçısı İrana səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfər edəcək. Boyukmillet.com “Mehr” agentliyinə istinadə xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə dekabrın 7-də keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, C.Bayramov Tehranda yüksək vəzifəli rəsmilərlə görüşəcək.
Read More »Borcundan çıxa bilməyəcəyimiz qəhrəmanlara SOCAR-dan dəstək
Sentyabrın 27-də əks-hücum həmlələri ilə başlayan II Qarabağ müharibəsi hər zaman bir olan Azərbaycan xalqını bir az da birləşdirdi. Daim yardımsevər və qonaqsevər xalqımız igid Ordumuzun Qarabağın azadlığı uğrunda başladığı savaşda daha da möhkəmləndirdi. Müharibənin ilk günlərində Vətənin minlərlə igid oğullarının könüllü olaraq orduya yazılması, xalqımızın ölkədə və dünyada tüğyan edən koronavirus pandemiyasına baxmayaraq, onları izdihamla və böyük çoşqu ilə yola …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar