Bu REAL TV və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsidir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev “Twitter” hesabından paylaşım edərək REAL TV ilə birlikdə yeni layihəyə başlayacaqlarını qeyd edib. Martın 27-dən etibarən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma …
Read More »Yearly Archives: 2020
” Duzdağ nemətini mağara adlandıranın vicdanı şikəst, ruhu kor olar “
Məlum olduğu kimi Koronavirusla bağlı Türkiyədən Naxçıvana gətirilən bir qrup vətəndaşımız Duzdağ sanatoriyasında yerləşdirilib. Onlara burada bütün lazım olan şərait yaradılmış və karantin dövrünü qaydalara uyğun olaraq vətəndaşlarımızı rahat bir şəkildə keçirmələrinə sanatoriyanın bütün imkanları təchiz edilmişdir. Bütün bunlar öz yerində. Təəsüflər olsun ki, dünyanı cənginə alan Koronavirusla mübarizədə ölkəmizdə də təxirə salınmaz tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərə dəstək vermək …
Read More »Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı
“Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib. O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: “Bir nəfərə …
Read More »Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu – ÖZƏL
Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub. Boyukmillet.com-un xəbərinə görə, o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin …
Read More »Azərbaycanda koronavirusa görə çox sayda məhkum təcili evlərinə buraxılır – ÖZƏL
Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb. Bu barədə Oxu.Az-a İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların …
Read More »AZAL: Bakıdan beynəlxalq istiqamət üzrə yalnız Moskva və Londona uçuşlar yerinə yetiriləcək
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək. Bu barədə Boyukmillet.com aviaşirkətə istinadən xəbər verir. ⠀ Qeyd edilir ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə …
Read More »Duzdağa adi mağara kimi baxan mağara təfəkkürlülər – CAVAB – FOTOLAR
İctimaiyyətə artıq məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya …
Read More »Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi
“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”. Bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib. F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: “Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada …
Read More »Dünya liderləri toplandı – Koronovirusla birgə mübarizə QƏRARI VERİLDİ
Bu gün Yeni tip koronavirusunun (Kovid-19) gündəliyi ilə toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı 2 saat 20 dəqiqə davam edib. Boyukmillet.com xəbər verir ki, video-konfrans formasında keçirilən toplantı başa çatdı. Toplantıda bu qərarla qəbul olundu: – Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq. – Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik. Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və …
Read More »Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın tutuldu – FOTO
“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, “WhatsApp” messencerinin istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olması ilə bağlı uydurma məlumatlar yayıb. O, məlumatlarda Gürcüstanın Marneuli rayonundan Azərbaycana gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar