Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Yasəmən Möhübbətqızı:Qələbəni milli birliyimiz qazandı

Azərbaycan 44 günlük müharibədə xalqın birliyi ilə, 30 illik torpaq həsrətimizə son qoya bildi. Qarabağ yenidən doğuldu. Harada yaşamasından, hansı vəzifədə işləməsindən aslı olmayaraq, hamı birləşdi. Milli ruh və birliyik millətimuzə QƏLƏBƏ sevincini yaşatdı.Bu gərgin günlərdə bütün varlığı ilə həm maddi və həm də mənəvi olaraq ordumuza dəstək verən həmyerlimiz, Rusiya Federasiyasında yaşayan, İmişli rayonu Sərxanlı kəndindən olan, iş adamı …

Read More »

Robert Koçaryan: “Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”

“Son bir ayda mətbuatı izlədiyim üçün yeni heçnə deməyəcəyəm. Praktik olaraq hər şey artıq deyilib, bunun niyə baş verdiyini anlamaq üçün sadəcə ümumiləşdirmək olar. Birincisi, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə …

Read More »

Vaşinqtonda Vətən Müharibəsi şəhidləri anılıb

4 dekabr tarixində Vaşinqton vaxtı ilə saat 12:00-da Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində Vətən Müharibəsi nəticəsində Ermənistan işğalı altında olan ərazilərimizin azad olunması zamanı həlak olan şəhidlərimizin anım mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən məlumat verilib. Qeyd olunub ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi …

Read More »

Laçınla gələn bütöv Azərbaycan: “Azərbaycan hərb və siyasi meydanda qələbə qazandı” – Rufiz Qonaqov

Laçın rayonu Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin birgə imzaladığı 10 noyabr bəyanatında göstərilən vaxtda – 1 dekabr tarixində Azərbaycana qaytarıldı. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin etdi, işğal faktına son qoyuldu. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü həm döyüş meydanında, həm də siyasi …

Read More »

QMİ sədri: “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur”

“Bu gün Kəlbəcərdəki Alban kilsəsində birinci dəfə şəhidlər üçün dualar oxunur. Bu, bizim birliyimiz deməkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, din xadimləri içərisində də şəhidlər var: “Biz canından, qanından keçən şəhidlərimizi yad edirik. Allah onlara rəhmət eləsin. Biz bu …

Read More »

İlham Əliyev və Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.

Read More »

İlham Əliyev: “ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb”

“Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı qeyd edib. Dövlət başçısı vurğulayıb ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. “Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə …

Read More »

İraqda İŞİD terrorçuları yaxalanıb

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar. Boyukmillet.com-un məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal “Anadolu” agentliyinə bildirib. Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib. O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı …

Read More »

Bu gün Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Boyukmillet.com-un xəbərinə görə, anım günü ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçiriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu …

Read More »

İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib

Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib. – Hörmətli cənab Sədr. Hörmətli dövlət və hökumət başçıları. Xanımlar və cənablar. Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram. Aktual qlobal məsələlərə və …

Read More »