Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 9 hal təsdiqlənib. Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda xəbər verilib. Məlumata görə, karantində 162 nəfər saxlanılır. Qeyd edək ki, qonşu ölkədə daha əvvəl 4 nəfərə koronavirus diaqnozu qoyulmuşdu. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların …
Read More »Yearly Archives: 2020
Prezident Əməkdar artistə ev bağışladı
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib. Boyukmillet.com Sabah.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib.O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:“Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev …
Read More »Bu əlamətləri olan şəxslər ölə bilər – Azərbaycanlı həkimdən XƏBƏRDARLIQ+VİDEO
“Üç gün ərzində evdə gözləyə bilərsiniz. Daha sonra bu əlamətlər varsa – öskürək keçmirsə, temperatur da artırsa, qızdırma 38 dərəcəni keçirsə, mütləq həkimə müraciət etməlisiniz”. Bu sözləri “Publikanın həkimi” layihəsində pediatr, allerqoloq Xəyalə Quliyeva deyib. Onun sözlərinə görə, müəyyən üsullarla adi öskürəklə, allergik öskürəyi ayırd etmək olar. “Öskürək orqanizmə düşən hər hansı mikrob, virus, bakteriya, yad cismə qarşı müdafiə reaksiyasıdır. Allergik öskürək gecə tutmalarına, …
Read More »Ərdoğanla Putinin görüşündə hansı məsələlər müzakirə olundu?
Moskvada Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün formatı təkbətək olacaq.Analoq.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Kremlin sözçüsü əlavə edib ki, əgər ehtiyac yaranarsa, görüşə məhdud sayda rəsmilərin qatılması da mümkündür. Peskov bildirib ki, Ərdoğanla görüşdən əvvəl Rusiya lideri Putinin beynəlxalq telefon müzakirəsi aparacaq. Ancaq müzakirənin kiminlə aparılacağı barədə məlumat verilməyib. …
Read More »Pula toxunmaqla koronavirusa yoluxma ehtimalı yoxdur – Cəlal İsayev
İnsanların çox istifadə etdikləri pul vasitəsilə koronavirusa yoluxma ehtimalına aydınlıq gətirilib. Boyukmillet.com-un məlumatına görə, Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın bu gün keçirdiyi brifinqdə çıxış edən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolunun olması barədə məlumat verilməyib. Onun sözlərinə görə, bu sıraya mobil telefon və s. də aiddir. Baş infeksionist əlavə edib …
Read More »Dağlıq Qarabağda koronavirus TƏHLÜKƏSİ
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində də koronavirus təhlükəsi yaşanır. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü cütlük İran ərazisinə səfər ediblər. Geri qayıdan zaman isə onlarda 38 dərəcə qızdırma müşahidə olunub. Əslən Xocavənddən olan şəxslərin analizləri Yerevana gönədrilib. Onlar hazırda karantində saxlanılır.
Read More »“Neftçaladakı problemləri birgə həll edəcəyik” – Rüstəmxanlı yeni icra başçısından danışdı
61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayona Mirhəsən Seyidovun icra başçısı təyin edilməsinə münasibət bildirib. S.Rüstəmxanlı mediaya açıqlamasında deyib ki, gənc kadrın icra başçısı təyin edilməsini müsbət qarşılayır. “İcra başçıları Prezidentin göstəriş və tapşırıqlarını yerinə yetirən insanlardırlar. Ona görə də həmin şəxslərin dövlət başçısı tərəfindən bəyənilməsi əsasdır. Prezident seçir və təyin edir, …
Read More »“BU ADAM NƏYİN HESABINA VARLANIB?” – Prezident məmurlara “Heç kim toxunulmaz deyil” mesajını verdi +TAM ÇIXIŞ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: – Mən sizi – birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, …
Read More »İSBAM sədrindən Türkiyənin “Bahar Qalxanı”əməliyyatına münasibət
Ictimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli Türkiyənin İdlib bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlama verib. Boyukmillet.com xəbər verir ki İSBAM sədri əməliyyatlarla bağlı bunları bildirib. Regionda və xüsusi ilə Türkiyəni əhatə edən yaxın sərhəd bölgələrində baş verən hərbi əməliyyatlardan danışaraq bunları dedi: “Türkiyə uzun illərdir terrordan əziyyyət çəkən bir dövlətdir və bu gün Suriya ərazisində Türkiyəyə qarşı …
Read More »BŞİH 8 mart yürüşü ilə bağlı müraciətə cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının “8 Marş – Bizimdir Hürr Küçələr” şüarı ilə yürüş keçirməklə bağlı müraciətinə cavab verib.Boyukmillet.com-un məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar