Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2020

İSBAM – dan seçki dəyərləndirməsi

Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutmuş sayıldı. Seçki günü çox əlverişsiz havaya baxmayaraq, səs verən vətəndaşların ümumi sayı seçkinin nəticələrini elan etmək üçün əsas vermiş oldu. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi ilk mətbuat konfransında seçkinin ümumi nəticələrini açıqlasa da, bəzi dairələrlə bağlı yekun qərarın verilmədiyini bildirdi. İlk açıqlamada bildirildi ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsi, 35 saylı …

Read More »

SPİKER VƏ MÜAVİNLƏRİ KİMLƏR OLACAQ? – Dəyişiklik növbəsi Milli Məclis rəhbərliyinə çatdı

Yeni parlamentin tərkibinin necə olacağı haqqında təsəvvürlər tam şəkildə özünü doğrultdu.  Hakim Yeni Azərbaycan Partiyası 75 mandatla parlament çoxluğunu, Vətəndaş Həmrəyliyi Partiyası isə 3 deputatla ana müxalifəti təşkil edir. Ötən çağırış Milli Məclisdən iki partiya sədri – Araz Əlizadə və Fərəc Quliyev istisna olmaqla, qalan siyasi təşkilatlar da bir mandatla kifayətlənməli oldular. ReAL Partiyası isə qurucu üzvü Erkin Qədirlinin 16 saylı Yasamal ikinci Seçki Dairəsindən deputat seçilməsi ilə …

Read More »

“Erkin Qədirli 4 dəfə mandatdan imtina edib…” — Natiq Cəfərli

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli partiyanın parlament seçkilərində qalibi Erkin Qədirlinin mandatdan imtina etməsi haqda sosial şəbəkələrdə irəli sürülən tələblərrə reaksiya verib. Boyukmillet.com N. Cəfərlinin açıqlamasını təqdim edir: Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir, adamı çox sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və düşüncələri olan nadir insanlardır. Mən ondan çox şey öyrənmişəm, bu gün onu …

Read More »

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin dəvətilə, İran İslam İnqilabının 41-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda iştirak edib.

Read More »

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Səfər fevralın 24-25-nə nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək. Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

Read More »

Xəzərin sahilləri qırmızı rəngə boyandı

Xəzər dənizinin Qazaxıstan sahilləri qırmızı rəngə boyanıb, dalğaların bəyaz köpüyü qırmızı ilə əvəz olunub. Boyukmillet.com xəbər verir ki, alimlər narahatlığa əsas görmürlər. Belə ki, dənizdə bitən diatom yosunları soyuq havada çiçəklənir və qırmızı rəngə çalır. Təbiət hadisəsi dəniz canlıları və insanlar üçün hər hansı təhlükə yaratmır. Mütəxəssislər bildirirlər ki, sonuncu dəfə bu hal 2017 və 2018-ci ildə qeydə alınıb. Qeyd …

Read More »

Qarda “Niva”yla “avtoş”luq edənlər həbs edildi

Xızı rayonunda qarda “avtoş”luq edən gənclər saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Boyukmillet.com-un məlumatına görə, Xızı RPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edən gənclər – Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov saxlanılıb.  Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, …

Read More »

“Kapan-6 Zori”: Türkiyə geniş anti-terror əməliyyatlarına başladı – 1440 jandarma, polis və asayiş keçikçisi dağlarda terrorçulara qarşı

Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə Türkyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Diyarbakır-Batman arasında keçirilən “Kapan-6 Zori” adlı əməliyyata 1440 jandarma, polis və asayiş keçikçisi iştirak edir. Anti-terror əməliyyatının məqsədi Zori sığınacaq sahəsində gizlənən terrorçuları zərərsizləşdirməkdir. “Ölkə daxilində terrorun tamamilə aradan qaldırılmasına yönəlmiş “Kapan” əməliyyatı vətəndaşların da dəstəyi …

Read More »

Yeni seçilən deputat öz qələbəsindən şikayət edir

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan “REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirib.  E.Qədirli keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: “Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”. E. Qədirli iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: …

Read More »

DYP sürücülərə və piyadalara müraciət etdi

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə və piyadalara təkrar müraciət edib. Boyukmillet.com–un xəbərinə görə, müraciətdə deyilir: “Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, …

Read More »